Şanlı Zəfər günü birincilərin gözü ilə FOTO+VİDEO
(8-11-2022, 14:44)

5 noyabr tarixində Bakı şəhəri Suraxanı rayonu, E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 1C sinfində 08 Noyabr “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başladı. Canlarını Vətən uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.
Sinif daxilində qeyd edilən tədbirin tərtibatçısı və təşkilatçı elə sözügedən sinfin rəhbəri Səyyarə müəllim Hüseynova idi. Həmin gün birincilər lövhəyə bir-birinin ardınca çıxaraq vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər söyləyirdilər. Vətən müharibəsi və qələbəmiz mövzularında olan bu çıxışlar balaca istedadlar tərəfindən peşəkarlıqla ifa olunurdu. Hiss olunurdu ki, şagirdlər Şanlı Zəfər Gününə həsr olunan tədbirə böyük həvəslə və məsuliyyətlə hazırlaşıblar.
Müəllim keçmişlə gələcək arasında canlı bir əlaqələndiricidir. Necə ki, Şanlı Zəfər tarixinin dərin mənasını körpələrin qavrayacağı tərzdə onlara izah etdi ilk müəllimimiz Səyyarə Hüseynova. Balacaların hərbi forma geyərək, əllərində Bayraq tutub, müxtəlif vətənpərvərlik şeirləri deməsi onu göstərir ki, Səyyarə müəllim kimi pedaqoqlar var olduqca, tarixi qanı ilə yazan igidlərimiz heç vaxt unudulmayacaq!
Sözümüz sonunda Xarıbülbül qoxulu, Zəfər Günü münasibətilə Azərbaycan xalqını və tədbirdə iştirak edən hər kəsi ürəkdən təbrik edirəm!
Mənzər Qurbanova
Ana səhifəyə qayıt
Oxunub: 435
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar