Səyyarə Hüseynovanın təşkilatçılığı ilə "Yol hərəkəti qaydaları"adlı sinif təşkilat saatı - foto+video
(2-11-2022, 19:40)

Hər il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində məktəblilər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilir.
Belə ki, təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda xüsusi dərslər, maarifləndirici tədbirlər təşkil edilir. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanır, məktəblilər arasında maraqlı müsabiqələr keçirilir.
Bu dəfə E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 1"C" sinfində Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı sinif rəhbəri Səyyarə Hüseynovanın təşkilatçılığı ilə 01.11.2022-ci il tarixində "Yol hərəkəti qaydaları"adlı təşkilat saatı keçirildi.
Dərs müddətində məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verildi və yolda daha diqqətli olmaları tövsiyə edildi. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırıldı.
Maarifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlərlə çıxış etdi. Həmçinin yol hərəkəti qaydaları və təhlükəsizliyi ilə bağlı videoçarx da nümayiş olundu.
Məktəblərdə bu kimi maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.
Sonda Səyyarə Hüseynovaya belə həyati əhəmiyyətli mövzuda dərsi birincilərin qavrayacağı şəkildə öyrətməsinə görə minnətdarlığımızı bildiririk.
Mənzər Qurbanova,
dovrunnabzi.az





Ana səhifəyə qayıt
Oxunub: 349
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar