Zəngilan məhkəməsi ƏSGƏR AİLƏSİNİ TƏHDİD EDİR - Əvvəlcə borcu şişirdirlər, sonra da...
(1-11-2022, 09:00)


Zəngilan məhkəməsi ƏSGƏR AİLƏSİNİ TƏHDİD EDİR - Əvvəlcə borcu şişirdirlər, sonra da...


"Məni bir sualın cavabı çox narahat edir... Biz kirayə qalırıq, mən özüm tək anayam... Hal-hazırda işləmirəm, səhhətimdə ciddi problemlərim var, oğlum da əsgərdir..." Bu açıqlama ilə çıxış edən Əzizə adlı istifadəçi hüquqşünaslardan kğömək istəyir.

"Hüquqşünaslar Qrupu"na müraciət edən əsgər anası daha sonra davam edir: "Hərbi xidmətdə olan oğlumun "Kontakt Hom"a 35 manat borcu var idi. Mənim müalicə xərclərim o qədər çox olurdu ki, çatdıra bilmirdik.
Zəngilan məhkəməsi ƏSGƏR AİLƏSİNİ TƏHDİD EDİR - Əvvəlcə borcu şişirdirlər, sonra da...
Zəngilan məhkəməsi ƏSGƏR AİLƏSİNİ TƏHDİD EDİR - Əvvəlcə borcu şişirdirlər, sonra da...

Uşaq da bunu ödəmədən getdi əsgərliyə... İndi "Kontakt Home"un iddiasına əsaslanan Zəngilan rayon məhkəmə işçisi mənə zəng edir, məni qorxudur ki, uşağı axtarışa verəcəyik... Şəxsiyyət vəsiqəsinin arxasına elə şeylər yazacağıq ki, o əsgər gələndən sonra onu heç kim işə qəbul etməsin...

Qeyd edim ki, məbləği qaldırıb ediblər 69 manat...

Bu nə dərəcədə doğrudur, xahiş edirəm hüquqşünaslardan mənə bu haqda məlumat versin..."

Məsələ ilə bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 113

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031