Milli Qəhrəman Maşallah Abdullayev vəfat edib
(26-10-2022, 12:30)
Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev vəfat edib.
Maşallah Abdullayevin onkoloji xəstəlikdən 72 yaşında dünyasını dəyişdiyi bildirilir. Goranboy rayon İcra Hakimiyyətində APA-nın yerli bürosuna verilən məlumata görə, Milli Qəhrəman Maşallah Abdullayev bu gün dəfn ediləcək.
Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində doğulub.
Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak edib. Maşallah Abdullayev 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Briqada komandirinin müavini olub.
1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Azərbaycan Respublika Ali Sovetinin deputatı olub.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri kimi fəaliyyət göstərib.
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |







