Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.
(26-10-2022, 11:00)
Azərbaycan Yazıçılar Birliyinin Qurultayı başlayıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda AYB-nin dəvətilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.
Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.
XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.
AYB-nin hazırki sədri Xalq yazıçısı Anar Rzayevdir.
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |






