PRAQADA SÜLHƏ DOĞRU BÖYÜK ADDIM - Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı!
(7-10-2022, 13:00)



Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 72

Xəbər lenti
12-11-2025 11:00