“Lukaşenko Qərbdən kömək istəyr” - DQMM
(6-10-2022, 16:30)



Belarus Prezidenti Aleksandr Lukaşenko Qərb ölkələri ilə dialoqu bərpa etmək cəhdlərini aktivləşdirib.

Bu barədə Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının dezinformasiyaya qarşı mübarizə Mərkəzi (DQMM) xəbər verir («UNİAN»).

Qeyd edildiyi kimi, Kremlin Ukraynanın işğal olunmuş ərazilərində psevdoreferendum keçirmək qərarı və səfərbərlik elan etməsi Lukaşenkonu imkanlardan tam məhrum edir və bundan sonra da Rusiya təcavüzünün passiv dəstəkçisi olmaqdan yayınmağa vadar edir. O, seçim qarşısında qalıb: ya Rusiyadan sərt şəkildə uzaqlaşmalı, ya da total müharibəyə qoşulmalıdır. Mərkəzdə qeyd edirlər ki, rəsmi Minskin səfərbərlik barədə xəbərlərə ilk reaksiyası hər şeydən əvvəl qarşıdan gələn eskalasiyadan yayınmağa işarə edir. Lukaşenko bəyan edib ki, Belarus Ukraynaya hücum etməyi planlaşdırmır və ölkə vətəndaşlarını vuruşmağa göndərmək niyyəti yoxdur.
Amma Kreml diktatoru Vladimir Putinin ortaya atdığı eskalasiya Belarusu birbaşa müharibəyə qoşulmaq təhlükəsi altına alır.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 80

Xəbər lenti
12-11-2025 11:00