Azərbaycanda ekoloji təmiz məhsul istehsalı üzrə yeni dövlət standartı qəbul edilib
(30-09-2022, 12:00)



Azərbaycanda “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı. Rəhbəredici tələblər” AZS 921:2022 yeni dövlət standartı qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, standartın layihəsi ekoloji təmiz kənd təsərrüfatı məhsullarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında hazırlanıb. Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu” onu təsdiqləyərək Standartlaşdırma üzrə Normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Standartın tələbinə əsasən, ekoloji təmiz məhsulların istehsalı zamanı kimyəvi-sintetik (süni) maddələrin istifadəsi minimuma endirilməli və istehlakçıların sağlamlığının və ətraf-mühitin qorunmasına diqqət yetirilməlidir.
"Yeni standart qida məhsullarının tələblərə uyğun istehsal və emalının tənzimlənməsinə, keyfiyyətinin yüksəldilməsinə, rəqabətqabiliyyətli ekoloji təmiz məhsulların bazara çıxarılmasına imkan yaradacaq", - deyə məlumatda qeyd olunub.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 90

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031