"İran dronları ABŞ və İsrail PUA-larının keyfiyyətsiz surətidir" - Ukrayna Silahlı Qüvvələri
(26-09-2022, 18:00)



İran dronları ABŞ və İsrail pilotsuz uçuş aparatlarının keyfiyyətsiz surətidir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergeyy Çerevatı “Freedom” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, Rusiya təbliğatı İran PUA-larını hansısa “super nailiyyət” və ya “vundervaffe” kimi təqdim etməyə çalışır:

“Əslində, bu, Amerika və İsrail PUA-larının vurulduqdan sonra götürə bildikləri pis bir surətidir. Məsələn, onun belə bir çatışmazlığı var - çox səs-küylüdür, onu xeyli məsafədən mühərrikin səsinə görə müəyyən etmək mümkündür”.
Sözçü qeyd edib ki, Ukrayna hərbçiləri artıq bu pilotsuz təyyarələrlə mübarizə yolları üzərində işləyirlər:
“Mən görürəm və bilirəm ki, bizim hava hücumundan müdafiə sistemimiz artıq bu təhlükəni aradan qaldırmaq üsulları üzərində işləyir”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 79

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031