Gəncədə sakinləri dinləyən kimdir ki... - GİLEY
(23-09-2022, 10:30)
Gəncə şəhərində Nizami küçəsinin sakinləri yaşadıqları binanın qarşısında geyim mağazası tikildildiyinə görə narazılıq edirlər.
Belediyye.net-ə yazan sakinlər sözügedən "Oksi" geyim mağazasının iki binanın arasında tikildiyini, tikintinin onların evinə düşən günəş şüasının qarşısını kəsdiyini deyirlər.
Onlar binanın qarşısında tikilən obyektin sağlamlıqları üçün birbaşa təhlükə olduğunu düşünürlər.
Görünüşə görə geyim mağazası elə yerdə tikilib ki, bu hal binanın təhlükəsizlik qaydalarını da pozur.
Belə ki, tikili binada yanğın, yaxud hansısa fövqaladə hadisə olduğu halda sakinlərin təcili yardıma çatımlılığını məhdudlaşır. Yardıma gələcək xidmət avtomobillərinin yolunu kəsir.
Binanın sakinləri Gəncə şəhərinin icra başçısı Niyazi Bayramova məktubla müraciət etsələr də, ölçü götürülmür.
Sakinlər məsələnin həll olunacağı ümidi ilə ölkə başçısına da müraciət ünvanlayıblar.
Belediyye.net
Ana səhifəyə qayıt
Oxunub: 180
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər








