BNA rəhbərliyi etiraf etsin ki, ayrılan pulları YEYİBLƏR... - ÇÜNKİ...
(22-09-2022, 08:30)


BNA rəhbərliyi etiraf etsin ki, ayrılan pulları YEYİBLƏR... - ÇÜNKİ...


BNA paytaxtda sürət limitini 30km/saata endirməklə bağlı gözlənilməz, həm də absurd qərar verib.

Bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“İlk öncə qeyd edim ki, bu qərarla bağlı BNA-nın irəli sürdüyü arqumentlər, təhlükəsizlik, qəzaların minumuma endirilməsi baxımından indiki anda anlaşılan və məqbuldur. Amma belə olmalı deyildi axı. Çünki, dövlətin nəqliyyatı intellektual idarə etmək, ağıllı işıqforlar, ağıllı rəqəmsal həllər tətbiq etmək və bununla şəhər daxilində mövcud orta sürət həddini artırmaq, bununla tıxacları minimuma endirmək kimi innovativ nəqliyyat siyasəti vardı. Yəni, 130 milyon dəyəri olan nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqində məqsəd həm də şəhərdəkı mövcud orta sürəti artırmaq olub. Həmçinin, BNA dayanacaq məsələsinə sərt yanaşma tətbiq etməklə, qanunsuz parklamanı tənzimləməklə də dolayısıyla həmin orta sürətin artırılması məqsədini qarşıya qoymuşdu. Ümumiyyətlə, nəqliyyat sahəsində, piyada keçidləri sahəsində, yol nişanları və tənzimləmə sahəsində indiyədək atılan bütün rəqəmsal və qeyri-innovativ addımlar paytaxtda orta sürəti artırmağa, tıxacda iməkləyən avtomobillərin orta sürət vahidini yüksəltməyə yönəlik addımlar olub və son məqsəd də həm də məhz bundan ibarət idi. Bunun qarşılığında isə əksinə, paytaxtda nəqliyyatı tənzimləməyə səlahiyyətli olan dövlət qurumu birdən-birə sürət həddini endirdi. Buradan belə qənaətə gəlmək olar ki, hökumət özü də fərqindədir ki, sektorda atılan innovativ, intellektual və administrativ addımlar özünü doğrultmayıb. Ümid edirəm, qərar qəbul edənlər bunun fərqindədir”, - deyə o qeyd edib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 53

Xəbər lenti
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930