Direktordan Qazi Polkovnikə Qarşı Hörmətsiz Davranış – “Özümü Təqdim Etdim, Dedi Ki…” - FOTOLAR
(17-09-2022, 14:30)

Direktordan Qazi Polkovnikə Qarşı Hörmətsiz Davranış – “Özümü Təqdim Etdim, Dedi Ki…” - FOTOLAR


“Avqust ayında atamın və özümün səhhətimdə yaranan problemlərlə məşğul olduğum üçün övladımın məktəbini dəyişdrə bilmədim. Sistemə müraciət edə bilmədik və yalnız bu günlərdə övladımın təhsil alması üçün Bakı şəhərində yerləşən 227 saylı tam orta məktəbə müraciət etdim. Amma məktəb direktoru Sevinc Hüseynovanın qeyri-adekvat reaksiyasından çox məyus oldum. Vətəndaşla belə rəftar etmək olmaz”.

Bu sözləri  keçmiş hərbçi, ehtiyatda olan polkovnik-leytenant, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan tərəfindən medallarla təltif edilmiş Elşən Umarov deyib.


O döyüşlər zamanı bir neçə dəfə yaralanıb, bu səbəbdən ordu sıralarından təxris olunub, hazırda müalicəsi davam etdirilir.

Şikayətçi bildirir ki, məkəb direktoruna özünü təqdim edib, övladının məktəb problemini vaxtında həll edə bilməməsinin səbəbini izah etməyə çalışıb: “Təəssüf ki, müharibə iştirakçısı olduğumu deyəndə mənə “burada şou göstərmək lazım deyil” kimi yersiz, təhqiredici ifadə işlətdi. Bu, münasibət zabit heysiyyatıma toxundu. Ümumiyyətlə, təhsil müəssisəsində vətəndaşlarla bu cür rəftar yolverilməzdir”.
Direktordan Qazi Polkovnikə Qarşı Hörmətsiz Davranış – “Özümü Təqdim Etdim, Dedi Ki…” - FOTOLAR

E.Umarov bildirir ki, hərbi xidməti ilə bağlı övladı Gəncə şəhərindəki orta məktəblərdən birində təhsil alıb: “Ümumiyyətlə müdafiə və Təhsil nazirlikləri arasında belə bir razılaşma var ki, hərbçilərin yerdəyişməsi ilə bağlı onların övladlarının təhsil məsələləri növbədənkənar qaydada həll edilməlidir. O cümlədən müharibə iştirakçılarının, qazilərinin də bu sahədə ortaya çıxan məsələlərinin operativ qaydada həll olunması ilə bağlı dövlət qurumlarına mütəmadi olaraq tapşırıqlar verilir. Təəssüf ki, 227 nömrəli məktəbə rəhbərlik edən direkotrlar kimi məmurlar dövlətin bu iradəsini sabotaj edirlər”.

Polkovnik-leytenant bildirib ki, üzləşdiyi hörmətsiz davranışla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt”inə müraciət edib.

“Mənim övladım artıq başqa məktəbdə oxuyur, Sevinc Hüseynovadan fərqli olaraq həmin təhsil müəssisəsində müraciətim dərhal yerindəcə həll edildi və mən bu münasibətdən məmnun qaldım. Şikayətdə məqsədim odur ki, vətəndaşlarla pis, qanunsuz, etik qaydalardan kənar hərəkət edən vəzifəli şəxslər cəzalandırılsın ki, başqalarına da dərs olsun”- deyə, E.Umarov vurğulayıb.

AzPolitika.info”
Direktordan Qazi Polkovnikə Qarşı Hörmətsiz Davranış – “Özümü Təqdim Etdim, Dedi Ki…” - FOTOLAR
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 155

Xəbər lenti
28-09-2022 13:14
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930