BAKI TİKİŞ EVİNİN QARŞISINDA İZDİHAM - Əraziyə polis çağırıldı + FOTO/VİDEO
(12-09-2022, 11:00)



Hazırda Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaşanır. Vətəndaşlar üç gündür BTE-nin qapılarının onların üzünə qapanmasından və heç yerdə məktəbli forması tapa bilməməsindən gileylənirlər.

Onların sözlərinə görə, məktəblər isə ancaq BTE-nin emblemi olan formaların geyinilməsinə icazə verirlər. Üstəlik digər ticarət mərkəzlərində satılan formaların üçqat baha olduğunu bildirirlər.

Hazırda yaşanan izdihamın qarşısını almaq üçün əraziyə polis əməkdaşları cəlb olunub. BTE bir neçə dəqiqə əvvəl vətəndaşların hissə-hissə mərkəzə daxil olmasına imkan yaradıb.

Qeyd edək ki, bu il BTE ancaq ibtidai siniflər üçün məktəbli forması istehsal edib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 78

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031