Putinin istefasını tələb edən 7 deputat polisə çağırılıb - Rusiya ordusunu nüfuzdan salmaqda ittiham olunurlar...
(9-09-2022, 15:00)



Sankt-Peterburqda Dövlət Dumasından Rusiya Prezidenti Vladimir Putinə qarşı dövlətə xəyanət ittihamını irəli sürməyi tələb edən Smolninskoye bələdiyyəsinin 7 deputatı Rusiya ordusunun nüfuzdan salınması ilə bağlı polisə çağırılıb.

Onlara qarşı protokol tərtib olunması gözlənilir. Deputatları axşam saatlarında SMS-lə polisə çağırıblar və səhər saat 9-a kimi polis bölməsinə gəlməyə məcbur ediblər.

Xatırladaq ki, sentyabrın 7-də deputatlar Dövlət Dumasına müraciət göndərərək Putinin Ukraynaya hərbi müdaxiləyə görə dövlətə xəyanətdə ittiham olunmasını tələb ediblər. Onlar Prezidentin vəzifəsindən uzaqlaşdırılmasını tələb edirlər, çünki müharibə, onların fikrincə, Rusiyanın təhlükəsizliyinə xələl gətirir.

Müraciətin mətnində deputatlar işğalın Rusiya hərbçilərinin ölümünə səbəb olduğunu, iqtisadiyyata və vətəndaşlara zərər verdiyini, NATO blokunun genişlənməsinə və digər ölkələrin hərbi yardımı hesabına Ukraynanın hərbiləşdirilməsinə gətirib çıxardığını vurğulayıblar.

"Biz hesab edirik ki, Prezident Putinin "xüsusi əməliyyata" başlamaq qərarı Rusiyanın və onun vətəndaşlarının təhlükəsizliyinə zərər verir", - sənəddə deyilir.
Müraciət Rusiya Federasiyasının Təhlükəsizlik Şurasına və Rusiyanın beş fraksiyasının rəhbərinə göndərilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 90

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031