Penitensiar Xidmətin rəisi "biznes"ini genişləndirir: Egey dənizində ada aldı
(8-09-2022, 13:24)

Penitensiar Xidmətin rəisi "biznes"ini genişləndirir: Egey dənizində ada aldı


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənov Egey dənizində mandarin adalarından birini alıb.

Bu iddia ilə tanınmış jurnalist, “Prime TV”nin rəhbəri Aygün Muradxanlı çıxış edib.

O özünün “Facebook” hesabında yazır:

“Bodrumun Turqutrəis səmtində istirahət edən Ceyhun Həsənovun gözü üzü Yunanıstan tərəfə olan adalardan birini necə tutubsa, dərhal viski daşıyanına Türkiyənin əmlak şirkətlərindən biri ilə alqı-satqı işini çözməyi əmr edib.

Artıq adada yaxta və katerlər üçün kiçik limanın təmirinə də başlanıb. Görənlər deyir, adanın ərazisindəki kafe-restoranlara yeni mövsüm hazırlıqları zamanı fasad və interyerləri qırmızıya boyamaq tələbi qoyulub. Görünür, Ceyhun Həsənovun qırmızı rəngə düşkünlüyü pomidor biznesində fövqəladə uğur qazanmasından sonra baş verib. Bilənlər bilir, bilməyənlərə deyək ki, Ceyhun Həsənov ölkənin bütün cəzaçəkmə müəssisələrinə rəis təyin edilsə də, kənd təsərrüfatı sektoruna da biganə deyil. Salyanda bir neçə ildir istixanalarda pomidor yetişdirir.

İndi Azərbaycan məmurları arasında özünü beynəlxalq biznes məkanında sınamaq dəbi var. Yəqin, Ceyhun Həsənov da Salyanda pomidor, Bodrumda mandarin becərəcək. Day keçib, tövsiyə edirik Şri-Lankada çay da əksin. İran “ağ ölüm” yuvasına çevirdiyi türmələrə nəzarət edir də, gözü arxada qalmasın”.

“Prime TV”
Penitensiar Xidmətin rəisi "biznes"ini genişləndirir: Egey dənizində ada aldı
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 104

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031