Mobil gömrüyün rəisi NİYƏ TƏŞVİŞƏ DÜŞÜB? - İLGİNC İDDİALAR...
(8-09-2022, 15:30)

Mobil gömrüyün rəisi NİYƏ TƏŞVİŞƏ DÜŞÜB? - İLGİNC İDDİALAR...


Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general Rəsulov Məsum Eynalı oğlunun həbsindən sonra növbənin onun qudası, Mobil Gömrük və Mallara Elektron Nəzarət İdarəsinin rəisi Məmmədli Ramiz Vaqif oğluna çata bilər. Bu haqda İyulun 15-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmış Məsum Rəsulovun həbsi qudası polkovnik Ramiz Məmmədlini səksəkə içində saxlamaqdadır.

İdarə rəisi qudasının həbsi ilə əsas dayağını itirmiş olub. Üstəlik, M. Rəsulov Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevlə sinif yoldaşı olub. Mehdiyevin işdən çıxarılması, daha sonra Rəsulovun həbsi Məmmədli üçün qara günlərin başlamasına səbəb olub. Məlumata görə, hələlik komitədə idarə rəisi vəzifəsini tutan Ramiz Məmmədli buna qədər Nehrəmdə tarix müəllimi işləyib. Amma sonradan onun üçün gömrük orqanlarının kluarlarında yollar açılıb, karyera pillələrində irəliləyib. İndisə Mobil Gömrük və Mallara Elektron Nəzarət İdarəsinin rəisi postunda tikan üstündə oturmuş kimi əyləşməkdədir. Bunun ardınca Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov tutduğu vəzifədən azad olunması, hüquq-mühafizə orqanları tərəfindən dindirilməsi, haqqında cinayət işi açılması xəbərləri prosesin davamının gələcəyi ehtimallarını gücləndirib. Bu da Ramiz Məmmədlini daha da həyəcanlandırıb.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 145

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031