Güclü külək Bakıda fəsadlar törətməkdə davam edir - FOTO
(6-09-2022, 11:30)



Bu gün səhər saatlarından başlanan güclü külək paytaxtın bir neçə küçəsində fəsadlar törədib. APA xəbər verir ki, Murad Mirzəyev və Abbas Mirzə Şərifzadə küçələrində quru ağaclar qırılaraq yolun hərəkət hissəsini kəsib.

Qırılmış ağaclar gediş-gəlişə maneələr törədib. Əraziyə cəlb olunan Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri yolu təmizləyib, ağaclar doğranaraq daşınıb və hərəkət bərpa edilib.

Cəfər Cabbarlı küçəsində daha bir ağac aşıb.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri aşan ağacı doğrayaraq səkini təmizləyirlər.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 88

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031