İran Ermənistanda avtomobil istehsal etmək istəyir
(6-09-2022, 11:00)



İran Ermənistanda avtomobil istehsalına başlamağı planlaşdırır.

Bunu İranın ticarət təşkilatının sədri Əlirza Peymanpak deyib.

O bildirib ki, Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryanla görüşdə ticarət əlaqələrinin inkişafı, tranzit mallarına alternativ yollara, eləcə də birgə məişət və elektron texnikaların birgə istehsalına dair məsələləri müzakirə ediblər.
Həmin görüşdə İranın Ermənistanda avtomobil istehsalı həyata keçirmək istəyindən də bəhs olunub.
Əlirza Peymanpakın sözlərinə görə, Ermənistanda İslam Respublikasının Ticarət Mərkəzinin açılması münasibətilə bu il oktyabrın ortalarında İranın ticarət nümayəndəsi İrəvana səfər edəcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 83

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031