Məktəblərdə dərsdənkənar məşğələlərin təşkili qaydası təsdiqlənib
(6-09-2022, 09:30)
“Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası” təsdiqlənib.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Dərsdənkənar məşğələ şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ formasıdır.
Qaydaya görə, ümumi təhsil müəssisəsində dərsdənkənar məşğələlərdə şagird sayının aşağı həddi 8 (səkkiz) nəfər olaraq müəyyənləşdirilir. Dərsdənkənar məşğələyə bütün sinif cəlb olunur. Fənnin (fənlərin) tədrisinə ayrılan saatlar istisna olmaqla, şagird sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə dərsdənkənar məşğələlər 2 və ya 3 sinfin (məsələn,
V-VI, V-VI-VII, VI-VII, VI-VII-VIII və s.) şagirdlərindən ibarət təşkil edilmiş qrupda (qrupda şagird sayı ən azı 8 (səkkiz) nəfər olmaqla) birgə tədris olunur.