Rusiyada Şoyqunun kreslosu uğrunda yarış başlayıb - Kadırov da “iştirakçı”dır
(2-09-2022, 14:00)
«Rosqvardiya»nın rəhbəri Viktor Zolotovun Putinə nə isə hesabat verdiyini əks etdirən videoya hamı gülüb. Amma bu görüş sıradan bir «keçici» olmayıb. Əgər qısaca desək, Rusiya Federasiyasında hələ «öldürülməmiş» Şoyqunun kreslosu uğrunda yarış başlayıb. Və bu posta hazırda iddiaçı məhz Viktor Zolotov olub, hansı ki, vaxtında Putinin şəxsi mühafizəsinin rəhbəri işləyib, son 7 ildə isə Putinə «Rosqvardiya»da sədaqətlə xidmət edir.
Maraqlıdır ki, hazırda o, Kadırovla tandemdə işləyir, sonuncu «Rosqvardiya»nın rəhbəri olmaq istəyir - «Zolotovalyuta»nın (Zolotovun - Red.) Müdafiə Nazirliyinə keçirilməsi halında («Obozrevatel.com»).
Hələlik, Putin kardinal dəyişikliklərə hazır deyil və situasiya «asılı vəziyyətdə» qalır. Putin çoxdan, hələ bir neçə ay bundan əvvəl Baş Qərargahın rəhbəri Gerasimovu və Şoyqunun özünü işdən kənarlaşdırıb - birinci ümumiyyətlə «yoxa çıxıb», ikinciyə isə yalnız «ritual» funksiyalar tapşırılır. Amma yenilərin, hətta yoxlanmışların təyin olunması qorxuncdur.