İtaliyada rusiyalı milyarderin 11 villasına həbs qoyulub
(2-09-2022, 13:30)



İtaliya hökuməti rusiyalı milyarder Vyaçeslav Moşe Kantorun Sardiniyanın şimal-şərq sahillərində yerləşən 11 villasına həbs qoyub.

Məlumata görə, Avropa Şurası hələ apreldə - Kantora qarşı sanksiyalar qoyulduğu vaxt onun Porto Rotondodakı aktivlərinin müsadirə edilməsi barədə göstəriş verib. Lakin İtaliyanın Maliyyə Qvardiyasının müstəntiqləri prosesi yalnız avqustda başa çatdıra biliblər.

Qeyd edilir ki, Porto Rotondodakı mülklər arasında əvvəllər İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsinə məxsus villalar da var. Belə ki, “Primavera” villası 2012-ci ilə qədər Berluskoninin anasına, “Dolce Draqo” isə kiçik qardaşı Paoloya məxsus olub. (Mənbə: L'Unione Sarda)

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 93

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031