Argentinanın Vitse-prezidentinə sui-qəsd cəhdi olub - VİDEO
(2-09-2022, 11:00)
Argentina Prezidenti Alberto Fernandes ölkənin Vitse-prezidenti Kristina Fernandez de Kirşnerə silah tuşlayan şəxsin hərəkətini sui-qəsd cəhdi adlandırıb.
Bu barədə Argentina Prezidenti cümə axşamı xalqa müraciətində bildirib.
"Bu gün saat 21:00 radələrində (Bakı vaxtı ilə saat 04:00) bir şəxs ölkənin hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsdə cəhd edib. Bu, demokratiyanın bərpasından bu günədək ən pis hadisədir (1983-cü ildə)”, - o deyib.
Argentina Prezidentinin sözlərinə görə, Vitse-prezidentə hücum edən şəxs tətiyi çəkə bilib. “Kristina ona görə sağdır ki, texniki cəhətdən hələ dəqiqləşdirilməmiş naməlum səbəblərdən, tətiyin çəkilməsinə baxmayaraq, beş gülləli silah atəş açmayıb”, - dövlət başçısı bildirib.Cümə axşamı günü polis, Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə silah tuşlayan şəxsi saxlayıb. “Cinco Noticias” telekanalının efirində nümayiş etdirilən kadrlarda izdihamın arasında dayanan şəxsin Fernandes de Kirşnerə silahla az qala yaxından yaxınlaşa bildiyi görünür.
Ana səhifəyə qayıt
Oxunub: 102
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Aprel 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | |||
Seçilənlər







