Astaralı gənc Milad İbrahimov şəhid dostlarının xatirəsinə ehsan verdi - fotolar
(23-08-2022, 10:42)

 

Hörmətli oxucular!
Bildiyiniz kimi, hazırda müqəddəs Məhərrəm ayındayiq. Ta qədim zamanlardan, bu ayda din fədaisi şəhidlik zirvəsi İmam Hüseyn əleyhissəlamın ruhuna xatir insanlar ehsan süfrəsi təşkil edib. Bu müqəddəs ənənə əsrlər keçsə də davam edir.
Əziz oxucular!
İki il əvvəl  44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsini yad etmək
bu gün hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Belə ki, bizim yaşamağımız üçün, canından keçən igid oğulların ruhunu şad etmək qəlbimizə ən azından kiçik təsəllimizdir.
Belə gözəl təşəbbüsü bu gun Metronun Qara Qarayev stansiyası qarşısında həyata keçirən Vətən oğullarını hami tanisin istəyirəm.
Milad İbrahimov və Miryusif Həşimov…
Özü Astara rayonundan olan Milad İbrahimov müharibədə səhid olan dostlarının ruhuna hörmət əlaməti olaraq, onların fotolarini çərçivədə masa üzərinə düzərək, qarşısında ehsan ilə ətrafdan keçənlərə təam əta etmişdir.

  1. Hüseynov Şahnur Şahin oğlu- kapitan
  2. Qeybiyev Arif ismayil oğlu- MAXE
  3. Əliyev Ruslan Aslan oğlu- MAXE
  4. Bagirzadə Sadiq Şahin oğlu- asgar
  5. Quliyev Tarlan Mehman oğlu- kanIIU
  6. Qasimov Baba Əhmad oğlu- gizir
  7. Zeynalov Sadiq Kamil oğlu- MAXE
  8. Feyziyev Əli Malik oğlu- Könüllü asgar
  9. Mammadov ilknur Abdulla oğlu- gizir
  10. Pəncəli Teymurov
Bu gözəl təşəbbüsü irəli sürdükləri üçün hər iki gəncə redaksiyamız adindan minnətdarlığımızı bildiririk. Sizin kimi oğullar var olduqca, Vətən uğrunda canlarından keçən şəhidlərimiz heç vaxt unudulmayacaq! Allah verdiyiniz ehsanı qəbul etsin. Amin.

ria24.az
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 193

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031