Azərbaycan internetin sürətinə görə geriləyib
(17-08-2022, 16:27)
Bu ilin iyul ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 31,21 MB/S sürətlə 60-cı pillədə qərarlaşıb.
Bu barədə "Speedtest Global Index”ə istinadən xəbər verilir.
Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 121-ci yerdə qərarlaşıb ki, bu da iyun ayı ilə müqayisədə 3 pillə geriləmədir. İyulda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 20,89 MB/S olub.Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (212,98 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,85 MB/S) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 120,35 MB/S sürətlə birinci, Kuba isə 4,15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.
Ana səhifəyə qayıt
Oxunub: 96
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |
Seçilənlər







