AZƏRBAYCANIN LONDONDAKI SƏFİRLİYİNƏ HÜCUM OLDU - Radikal dini dəstə tərəfindən + VİDEO
(5-08-2022, 09:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Ana səhifəyə qayıt
Oxunub: 81
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar