Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
(1-08-2022, 12:00)



Ermənistanın Müdafiə Nazirliyinin polkovniki S.A həbs edilib. Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verilir.

Məlumata görə, o, 2020-ci ildə işğal altında olan ərazilərdə müdafiə bölmələrindən birinin komandiri olub.

Təhqiqat zamanı müəyyən edilib ki, 2019-cu ilin noyabr ayından 2020-ci il noyabrın 4-dək orduda yüksək rütbəli vəzifə tutan polkovnik S.A-nın nizamnamə və qaydaları pozması müəyyən edilib. Belə ki, o, 2020-ci ilin sentyabrında 100-ə yaxın zabitin iştirakı ilə əyləncə, ziyafət təşkil edib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 91

Xəbər lenti