Nərminin ölümündə polis rəisinin əli var? - Rəsmi CAVAB
(30-07-2022, 17:30)



2020-ci ilin yanvar ayında Tovuz rayonunda azyaşlı qızın qətli ilə əlaqədar başlanılmış cinayət işinin istintaqı Respublikanın Baş Prokurorluğunda aparılsa da son zamanlar rayonun sabiq polis rəisi Şirzad Əsgərovun ünvanına ağır ittihamlar səsləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov  bildirib ki, qeyd olunan ittihamlar yalandır, uydurmadır və qərəzlidir.

Onun sözlərinə görə, hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini və xalqını sevən bir polis zabiti olub: "2020-ci ildə törədilən qətl hadisəsinin açılmasında həmin vaxt rayonun polis rəisi kimi Ş.Əsgərovun əməyi danılmazdır. Cinayət işinin respublikanın Baş Prokurorluğu tərəfindən aparılmasını nəzərə alsaq istintaqa kiminsə müdaxilə etməsi mümkün deyil və qanun da buna imkan vermir. Ona görə də sabiq polis zabiti haqqında uydurma və qərəzli ittihamlar səsləndirmək həm qanuni həm də mənəvi baxımdan qətiyyən yolverilməzdir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 96

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031