“AST Telman”a qarşı yeni ittiham irəli sürüldü
(30-07-2022, 08:00)
Rusiyanın İstintaq Komitəsi azərbaycanlı biznesmen Telman İsmayılova qarşı müğənni Avraam Russonun qətlinin sifarişi ilə bağlı ittiham irəli sürüb.
Telman İsmayılova qarşı ittiham qiyabi olaraq irəli sürülüb.
Məlumata görə, 2006-cı il avqustun 19-u Avraam Russo konsertdən evinə geri dönərkən onun avtomobili atəşə tutulub. Rusiyalı müğənni hadisə nəticəsində üç güllə yarası alıb.
Hazırda istintaq hadisənin keçmiş taksi sürücüsü Vitaliy Djura və daşınmaz əmlak agentliyinin rəhbəri Aleksey Tryasnikov tərəfindən törədildiyini hesab edir. Telman İsmayılov isə sözügedən cinayət işində və 2004-cü ildə Russonun qaçırılması işində sifarişçi olaraq çıxış edir. Bildirilir ki, bu zaman biznesmen müğənninin əsas sponsoru olub.
Ana səhifəyə qayıt
Oxunub: 110
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar