Allahşükür Paşazadə Tbilisi Cümə məscidini ziyarət edib
(24-07-2022, 07:28)



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana səfəri davam edir.

O, səfər çərçivəsində Tbilisi Cümə məscidinə baş çəkib.

QMİ sədrini Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Qərbi Gürcüstanın müftisi Adam Şantadze qarşılayıb.

Şeyxülislam A.Paşazadə onu müşayiət edən nümayəndə heyətinin üzvləri ilə birgə ibadət ocağının yaranma tarixi və burada mövcud şəraitlə tanış olub.

QMİ sədri məscid namazı qılıb.

O, yerli müsəlman icmasının üzvləri ilə birlikdə məsciddə camaat namazında da iştirak edəcək, daha sonra GMİ-nin rəhbər şəxsləri ilə görüş keçirəcək.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 78

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031