ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
(20-07-2022, 17:30)
Amerika Birləşmiş Ştatları (ABŞ) bu həftə Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemi və döyüş sursatları, həmçinin artilleriya mərmiləri daxil olmaqla yeni hərbi yardım paketi ayıracaq.
Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Bu həftənin sonunda administrasiya prezident tərəfindən Ukrayna üçün yeni silah və hərbi texnika paketinin ayrılacağını elan edəcək. Bu paketə ukraynalıların çox səmərəli istifadə etdiyi daha çox HIMARS sistemləri, həmçinin reaktiv yaylım atəş sistemi və artilleriya mərmiləri üçün əlavə sursatlar daxil olacaq” - deyə, Con Kirbi qeyd edib.
Ana səhifəyə qayıt
Oxunub: 110
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər