Ukrayna NATO standartlı silahlanmaya keçir – Danilov
(20-07-2022, 09:00)



Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov qeyd edib ki, Ukrayna NATO standartları ilə silahlanmaya keçir. Katibin sözlərinə görə, Avropada demək olar, sovet nümunəli 152 və 122 mm-lik mərmilər qurtarıb.

Bu barədə o, informasiya telemarafonunun efirindən danışıb.

«Bizim ölkəmiz NATO standartlarına keçir. Bu, çox vacib işdir. HİMARS-a gəlincə, müəyyən anlayış var ki, biz, artıq mərmilər almağa başlamışıq - onlar xeyli uzaqlara vurur. Və ümid edəcəyik ki, lazım olanlar, o uzaqlıqda (mərmilər - Red.) yaxın vaxtlarda bizim ölkəmizin ərazisində meydana gələcək» - Danilov qeyd edib.

O, bildirib ki, bundan əvvəl istifadə edilən mərmilər sovet kalibrli olub və demək olar, qurtarıb.

“152 və 122 mm kalibrli sovet nümunəli mərmilər var. Bu hesabla ki, müharibə uzun dövr əzində davam edəcək, mərmilərin böyük miqdarı gündəlik istifadə olunur. 152 və 122 mm kalibrlilər demək olar, ümumiyyətlə Avropada qurtarır”, - Danilov deyib.

O, qeyd edib ki, kifayət olan miqdarda silah tədarükü sayəsində artıq bir neçə mövqe üzrə Rusiya ordusu ilə paritetin yarandığını demək olar.

«Bu günə biz, gerçəkdən başqa situasiyaya malikik, aylar bundan əvvəlkindən fərqli. Kifayət edəcək qədərində silah almağımız sayəsində biz, müəyyən mövqelər üzrə paritet yaratmışıq» - Danilov deyib.

Eyni zamanda o, qeyd edib ki, bu silahlar Ukrayna ordusu üçün üstünlüyə çataq və müharibəni tezliklə başa çatdırmaq üçün kifayət deyil. Ona görə də «Ramştayn-4» görüşünə böyük ümidlər bəslənilir. Bu görüş yaxın günlərdə baş tutacaq və orada Ukraynaya silah tədarükünün artırılması məsələsinə baxılacaq.

MTMŞ katibi qeyd edib ki, Ukraynanın lazımi silahlara olan tələbatı artıq qismən təmin olunmağa başlayıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 88

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031