Azərbaycanda Qurban bayramıdır
(9-07-2022, 09:00)
Bu gün Azərbaycanda Qurban bayramıdır.
Bu il bayram 9-10 iyul tarixlərinə təsadüf edir.
Bu gün məscidlərdə Bayram namazları qılınacaq.
Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 9-dan başlayaraq 3 gün davam edə bilər.
Artıq ikinci ildir ki, Azərbaycan xalqı Qurban bayramını Zəfər abu-havasında qarşılayır və artıq iki ildir bu bayram azad olunan torpaqlarda da qeyd olunur.
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını və ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ən səmimi arzu və diləklərini çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair tövsiyələrini çatdırıb.
Bildirilib ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır.