Qurban bayramı öncəsi 42 heyvan satışı məntəqəsi ləğv edilib
(8-07-2022, 12:00)



"Qurban bayramına hazırlıq məqsədilə indiyədək AQTA tərəfindən kəsim və satış məntəqələrinin, eləcə də ticarət şəbəkələrinin rəhbərlərinə Qurban bayramında heyvan kəsimi və satışı tələblərini əks etdirən təlimatlar göndərilib. Habelə, prosesin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsi ilə bağlı rəsmi məktublar ünvanlanıb".

Bunu AQTA-nın mətbuat katibi Aysel Fərziyeva brifinqdə deyib.

O bildirib ki, müəyyənləşdirilən yerlərdən kənarda, qanunsuz heyvan satışının qarşısını almaq üçün aidiyyəti qurumlar- AQTA, DİN, Səhiyyə Nazirliyi və yerli icra orqanlarının nümayəndələri tərəfindən Qurban bayramı ərəfəsində monitorinqlər həyata keçirilir. Hazırda AQTA əməkdaşlarından ibarət 52 monitorinq qrupu yaradılıb və həmin qruplar respublika üzrə qanunsuz qurbanlıq heyvan satışının qarşısını almaq məqsədilə mütəmadi monitorinqlər aparır:
"Qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi aşkarlanaraq ləğv edilib.
Həmin məntəqələrdən 32-ü Bakıda, 2-si Sumqayıtda, 8-i isə Xaçmazda aşkarlanıb".шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 93

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031