Araz Abbasov Fəxri Fərmanla təltif olunub - foto
(28-06-2022, 21:00)

Hörmətli oxucular!
Şəhid və qazi ailələrinə yardım işinin aparılması istiqamətində Göygöl rayonu Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin fəaliyyəti uğurla davam etdirilir.
Şəhid və qazi ailələrinə yardım işinin aparılması istiqamətində Göygöl rayonu Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin fəaliyyəti uğurla davam etdirilir.
İctimai Birliyin sədri Araz Abbasov və digər üzvləri fəaliyyət göstərdiyi ərazidə şəhid ailələri və qazilər ilə mütəmadi görüşərək onların problemləri ilə maraqlanır və çətinliklərini araşdırmaqdadır. Hər bir ailə üzvü ilə fərdi qaydada söhbət apararaq onların psixo-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Zərərçəkmiş ailələrə baş çəkilərək onların ailə üzvlərinin səhiyyə və müxtəlif sosial təminat problemlərinin həlli istiqamətində dəstək göstərilməkdədir.
Məhz bu sadaladıqlarımızla bağlı bu günlərdə Silahlı Qüvvələrin yaradılmasının 104-cü ili münasibətilə Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Araz Abbasov Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tərəfindən Fəxri Fərmanla təltif olunub.
Araz Abbasovu bu münasibətlə səmimi qəlbdən təbrik edirik!
dovrunnabzi.az
Mənzər Qurbanova
Ana səhifəyə qayıt
Oxunub: 338
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar