Füzulinin Polis Şöbəsinin əməkdaşı minaya düşüb
(27-06-2022, 15:30)
İyunun 26-da saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
Xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.
Ana səhifəyə qayıt
Oxunub: 100
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər