Uşaqlarda nitqin inkişafına təsir edən mənfi amillər açıqlanıb
(22-06-2022, 13:30)



Uşaqlarda nitqin inkişafına təsir edən mənfi amillər açıqlanıb.

 Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, defektoloq-loqoped Aygün Mehdiyeva bildirib ki, müasir dövrdə tez-tez nitqində qüsuru olan uşaqlara rast gəlinir.

Onun sözlərinə görə, uşaqların nitqinin inkişafına təsir göstərən əsas amillər bioloji və sosial-psixoloji faktorlardır: "Bioloji faktorlar deyərkən irsi xəstəliklər, perinatal dövrdə mərkəzi sinir sisteminin zədələnmələri, nevroloji, psixi, somatik xəstəlikləri və s. aid etmək olar. Sosial-psixoloji faktorlara isə qeyri-sağlam mühitdə böyüyən uşaqlar, ibtidai məktəbəqədər yaşlıların eyni vaxtda valideynlər tərəfindən məcburən iki dil sisteminin mənimsədilməsi, uşağın nitqinin inkişafına lazımi diqqətin olmaması, pedaqoji baxımsızlıq kimi amillər aiddir".

Mütəxəssis uşaqlarda kəkələmə problemi anadangəlmə və ya sonradan yaranması məsələsinə də toxunub: "Kəkələmə ağır nitq qüsurlarından biri hesab olunur. Oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Kəkələmənin yaranmasına uşağın və ya valideynlərin nevroloji xəstəlikləri, irsi faktorları, psixotravmaları, baş beyin zədələnmələri, burun-boğaz-qırtlaq xəstəlikləri, nitqin inkişaf geriliyi, uşağın somatik zəifliyi kimi səbəblər aid edilir. Kəkələyən uşaqlarda təkcə nitq qüsurunun simptomları yox, həmçinin psixoloji problemlər də müşahidə olunur".

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 10

Xəbər lenti
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031