Beş saat düşmənlə təkbətək döyüşən Mübariz İbrahimovun anım günüdür
(18-06-2022, 17:00)
Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun şəhid olmasından 12 il ötür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub.
1994-cü ildə şəhidimiz M.Piriyev adına Əliabad kənd orta məktəbinin birinci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib.
Təsdiq edilməmiş versiyalara görə, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov təkbaşına cəbhə xəttindəki bir kilometrlik minalanmış sahəni keçib.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







