"Bələdiyyələrin sayı kəskin azaldılmalıdır" - Deputat
(18-06-2022, 14:00)


"İslahatlar dinamik prosesdir. Prezident İlham Əliyev islahatlara meylli və daim islahatlar aparan Lider kimi tanınıb".

Bunu açıqlamasında deputat Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, yerli idarəetmə sistemində, eyni zamanda özünü idarəetmə orqanlarında struktur islahatları davam etdirilməlidir.

"Ümumiyyətlə, istər mərkəzi, istərsə yerli orqanlarda aparılan islahatların kökündə bazar iqtisadiyyatının prinsipləri əsas götürülməlidir. Dövlət və yerli büdcələrin formalaşmasında donor rolunu oynamalı olan mərkəzi icra orqanlarının, səhmdar cəmiyyətlərin nəinki özünümaliyyələşdirməsi təmin olunmalı, eyni zamanda rentabelli olmalıdırlar. Menecmentin düzgün təşkil olunmaması səbəbindən bir çox səhmdar cəmiyyətlər ziyanla işləyir. Əlavə olaraq, xaricdən alınan kreditlərə və dövlət büdcəsindən ayırmalara görə xeyli borclanmaya gedirlər. Son vaxtlar ölkə başçısının ciddi nəzarərtinə görə vəziyyət düzəlmək üzrədir".

Deputat qeyd edib ki, ölkəmizdə bələdiyyələrin sayı kəskin azaldılmalı, birləşdirilməlidir.

"Hər rayonda 5 və yaxud 6 iri bələdiyyələrin olması kifayətdir. Elə etmək lazımdır ki, bələdiyyələrin normal fəaliyyət göstərməsi, yerli əhəmiyyətli sosial problemlərin həlli üçün iqtisadi əsaslar olsun. Bələdiyyə kadrlarının hazırlanmasına fikir verilməlidir. Hər şeyi dövlətin üzərinə atmaq doğru deyil. Hesab edirəm ki, yerli imkanlardan və əmək resurslarından səmərəli istifadə etməklə, bir çox problemlərin həllinə nail olmaq mümkündür. Bu zaman dövlət də izafi xərclərdən azad olar".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031