“Azərbaycanda albinos insanların statistikası aparılmır” - Nazirlik
(13-06-2022, 16:30)



“Azərbaycanda albinizmdən əziyyət çəkənlərin statistikası aparılmır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti dermatoveneroloq Vahid Mahmudov deyib.

O qeyd edib ki, albinizm irsi xəstəlikdir: “Təxminən 17 min nəfərdən biri məhz bu nadir rast gəlinən xəstəliklə dünyaya göz açır. Albinos insanların dərisi ultra bənövşəyi şüalara qarşı həssas olduğundan onlarda dəri yanıqları və xərçəngə yoluxma riski yüksək olur. Belə insanların ailə qurmasında heç bir problem görmürəm”.
Nazirlik rəsmisi bildirib ki, patologiyanı hamiləlik vaxtı aşkara çıxarmaq mümkün deyil: “Ancaq ailədə albinizm olan biri varsa, valideynlərin birinin geni vasitəsilə hamiləlik vaxtı testin aparılması mümkün ola bilər. Əgər evli cütlüklərin biri albinizm daşıyıcı olarsa, uşağın albinos olması ehtimalı 25 %-dir”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 109

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031