ORTA MƏKTƏBDƏN DAHA BİR RƏZALƏT DOLU GÖRÜNTÜLƏR – “Sinifdəki bu vəziyyət avtobus qəzasından da betərdi”
(13-06-2022, 12:30)



Təhsil eksperti Kamran Əsədov “Facebook” səhifəsində orta məktəblərin birində çəkilmiş rəzalət dolu görüntüləri paylaşıb.

Videokadrlarda yuxarı sinif şagirdləri sinf otaqlarını dağıdır, stulları sındırır, müəllimin yanında, dəhlizlərdə qeyri-etik hərəkətlərə yol verirlər.

Təhsil eksperti paylaşdığı videoya bu sözləri əlavə edib: “Məşhur bir musiqi var, sözləri belədir: Hamamın içində, içində və çölündə... Bildiyiniz kimi, dünən gecə saatlarında Şamaxı - Bakı yolunda şagirdlərin də olduğu avtobus qəzaya uğrayıb və xəsarət alanlar var. Rəsmilər deyir ki, biz məktəbin çölünə, istirahət günlərinə nəzarət edə bilmərik. Bəli, bu tutaq ki, belədir. Bəs axı, siz heç içinə də nəzarət edə bilmirsiniz. İçində olan vəziyyət avtobus qəzasından da betərdir”.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 83

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031