DTX-dan BAKIDA ŞOK ƏMƏLİYYAT - Ermənilərin təxribatı ifşa olundu, 15 yaşlı qız tutuldu + VİDEO
(13-06-2022, 09:00)



Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.

Bu barədə REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində məlumat verilib.

Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub. O, Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.

Fidana radikal, nasist Haytarakan qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Onlar bununla da kifayətlənməyiblər. Fidandan hər dəfə daha artıq təxribat xarakterli hərəkətlər etməsini istəyiblər.
Həmin videomaterialı təqdim edirik:
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 105

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031