Nyu-Yorkda ölən insan səcədlərindən gübrə düzəldəcəklər...
(11-06-2022, 09:00)

Katoliklər etiraz edib: "İnsan bədəninə ehtiram və ləyaqətlə yanaşılmalıdır"
ABŞ-ın Nyu-York şəhərinin hakimiyyət orqanları dəfn edilmənin yeni komopostlanma metodu ilə, yəni cəsədin bioloji parçalanan qalıqlara çevrilməsinin leqallaşdırılması barədə qanun layihəsinə dəstək verib.Bu barədə "Bloomberg Law" nəşri məlumat verib.
Nyu-Yorkun qanunverici məclisi yerüstü konteynerdə bioloji parçalanma prosesini sürətləndirən və insan qalıqlarını torpağa çevirən təbii üzvi reduksiyanı istifadə etməyə icazə vermək niyyətindədir.
Qanun layihəsində deyilir ki, belə yanaşma "kremasiya və dəfn edilməyə ekoloji dayanıqlı və ekoloji faydalı alternativ olacaq".
"Bloomberg Law" qeyd edib ki, ştatın Senatı qanun layihəsini 61 səs lehinə, 2 səs əleyhinə olmaqla, Assambleya isə 98 səs lehinə, 52 səs əleyhinə olmaqla təsdiq edib.
Nyu-York ştatının Katolik konfransı qəti şəkildə bu tədbirə qarşı çıxıb və bəyan edib ki, bu, insan bədəninə ləyaqətlə və hörmətlə yanaşılması barədə təsəvvürləri sarsıdır".
"İnsan qalıqları ilə ehtiram və hörmətlə davranılması fikirlərini heç də hamının bölüşməməsinə rəğmən, biz hesab edirik ki, bir çox nyu-yorkçular üçün bu kompostlanma/gübrəyə çevrilmə metodundan istifadə edilməsi rahatsızlıq gətirəcək. Bu metod insan cəsədinə deyil, tərəvəz və yumurta qabığının qırıntılarına daha çox uyğundur", - bir qrup yepiskopun bəyanatında deyilir.
Qanun yalnız sənədlər ştatın qubernatoru Keti Xokul tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.
Bu, Nyu-York ştatının cəsədlərin kompostlaşdırılmasını 2019-cu ildə leqallaşdıran Vaşinqton ştatına, həmçinin ötən il analoji qanunlar qəbul edəm Orehon və Kolorado ştatına qoşulandan sonra baş verəcək.
Ana səhifəyə qayıt
Oxunub: 99
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər