AZƏRBAYCANDAN XARİCƏ ARPA DAŞINIR – “İrana və onun üzərindən İraqa ixrac edirlər...”
(9-06-2022, 19:30)
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası son həftələr Azərbaycandan qanunla qadağaya baxmayaraq, kütləvi şəkildə arpa şıxarılması ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir:
Məlumdur ki, qlobal ərzaq bazarında gedən bahalaşma, həmçinin Ukraynada başlayan müharibənin bu prosesə artırıcı təsiri dünya ölkələrinin ərzaq təhlükəsizliyi məsələsinə diqqətini qat-qat artırıb. Beynəlxalq qurumlar böyük həyəcanla payız aylarından etibarən qlobal səviyyədə ərzaq çatışmazlığı və ciddi böhran xəbərdarlıqları səsləndirməkdədirlər.
Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmən üçün minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının, onların istehsalında istifadə olunan xammalların ölkədən ixracını məhdudlaşdırıb. Lakin bir sıra işbazlar bu məhdudiyyətdən yayınmaq üçün müxtəlif yollara əl atırlar. Bunlardan biri də dənli bitkilərin doğranaraq emal məhsulu adı altında kütləvi ixracıdır.