ƏHALİ “FORMULA-1”in XEYRİNİ GÖRÜRMÜ? - “Əhalinin də bu yarışdan pul qazandığını ona hiss etdirmək lazımdır”
(9-06-2022, 17:30)



Natiq Cəfərli: “Yalnız bundan sonra əhali bu yarışın keçirilməsinə tolerant yanaşa bilər”

Rəsmi statistika: İlk dörd yarış Azərbaycan iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir qazandırıb

“Formula-1” Azərbaycan Qran-prisinin başlamasına artıq bir gün qalıb. 2016-cı ildən ölkəmizin də ev sahibliyi etdiyi yarışın 10-12 iyun tarixlərində baş tutması planlaşdırılır. Bakıda təşkil olunacaq yarışın keçirilməsi üçün bütün işlər demək olar ki, yekunlaşıb.

Bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin və insanların hərəkəti məhdudlaşdırılıb, yol boyu beton maneələr və dəmir hasarlar quraşdırılıb. Bütün bunlar paytaxt sakinlərinin hərəkətini xeyli məhdudlaşdırdığı üçün yarışın təşkili hər il olduğu kimi cəmiyyətdə birmənalı qarşılanmayıb. Məhdudiyyətlərdən sonra vətəndaşlar mənzil başına çatmaq üçün saatlarla tıxacda qalmalarından, avtobusların vaxtında gəlməməsindən şikayətlənirlər.

Artıq iyirmi günə yaxındır ki, paytaxt küçələrində hərəkət etmək böyük bir problemə çevrilib. Alternativ yollardan istifadə isə məsafəni və vaxtı xeyli uzatdığından, əlverişsiz hesab olunur. Eyni zamanda, bir sıra marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiyindən, vətəndaşlar saatlarla avtobus gözləməli olurlar. Son günlər havaların isti keçdiyini də nəzərə alsaq, vətəndaşların narazılığının miqyasını təsəvvür etmək o qədər də çətin deyil.



Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, “Formula-1” üzrə Azərbaycan Qran-prisinin keçirliməsilə əlaqədar olaraq, 20 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Məlumat üçün qeyd edək ki, hər il 5 qitə, 21 ölkədə keçirilən “Formula-1” yarışını 500 milyondan artıq azarkeş izləyir. Hər yarışı TV qarşısında izləyənlərin ortalama sayı 83 milyon nəfərdir. 

Sırf Azərbaycan Qran -prisinin TV auditoriyasına gəlincə, F-1 təşkilatçılarının hesabatına əsasən, hər il bu yarışı canlı yayımda ortalama 80 milyona yaxın azarkeş izləyir.

Bu yarışlar adətən, şəhər mərkəzindən uzaqda yerləşən şəhərətrafı treklərdə təşkil olunur. Monako və Azərbaycanda isə yarış şəhərin mərkəzində keçirilir.



Təşkilatçılar bunun səbəbini şəhərin tarixi məkanlarının tanıdılmasıyla izah edirlər. 2016-cı ildən keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin 2024-cü ilə qədər davam edəcəyi bildirilir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 111

Xəbər lenti