Şamaxıda uşağa qarşı zorakılığa görə bağça müdiri və aşpaz cəzalandırılıb
(9-06-2022, 16:30)



Şamaxıda uşağa qarşı zorakılığa görə bağça müdiri və aşpaz cəzalandırılıb.

Bu barədə Dağlıq Şirvan Regional Təhsil idarəsindən məlumat verilib.

Qeyd olunub ki, Şamaxı şəhər 3 saylı bağçasında tərbiyəçinin uşağın saçının dartılması ilə bağlı sosial mediada yayılan görüntüyə əsasən İdarə müvafiq araşdırma aparıb: "Araşdırma zamanı bağça müdirinin, tərbiyəçinin, aşpazın və uşaq Gülarə Əsədovanın (ad və soyad şərti verilir) valideyninin izahatları alınıb. İzahatlardan müəyyən edilib ki, çəkiliş bağçada uşaqlardan birinin ad gününün qeyd edilməsi zamanı baş verib. Tədbir zamanı aşpaz tortu otağa gətirib və bu zaman torta yaxınlaşan uşağın saçından arxaya doğru çəkib. Bağça müdiri aşpazın izahatını alıb və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib. Aşpaz hadisənin istəmədən baş verməsini bildirib və buna görə üzr istəyib. G.Əsədovanın valideyni izahatında heç kimdən, o cümlədən aşpazdan da şikayəti olmadığını bildirib. Bağçanın müdirinə əmək funksiyasını yerinə yetirərkən yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib".

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 93

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031