Paşinyan Moskvaya yeni sövdələşmə təklif edib – “Əgər Lavrov mövcud hakimiyyətə dəstəyini bildirsə...”
(8-06-2022, 12:00)



Daxildəki vəziyyətdən narahat olan Nikol Paşinyan bu günlərdə xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Moskvaya unikal “sövdələşmə” təklif edib.

Bu barədə Ermənistanın müxalifyönlü “Past” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təklif edilən dəyişikliyə əsasən, əgər iyunun 10-da İrəvana gələn Rusiya Xarici İşlər naziri Sergey Lavrov mövcud hakimiyyətə açıq şəkildə dəstəyini bildirsə, üstəlik müxalifətin ünvanına tənqid səsləndirsə, Paşinyan amerikalıları “ataraq” bioloji laboratoriyaların qapılarını rusların üzünə açacaq.
“Hökumətdəki mənbəmizin məlumatına görə, dünənə kimi Rusiyadan yekun cavab gəlməyib.Lakin Mirzoyana başa salıblar ki, sövdələşmə baş versə belə, bunun əksi olmalıdır. Əvvəlcə laboratoriyalar, sonra tənqidlər olmalıdır. Demək olar ki, məşhur bir filmdə deyildiyi kimi, səhər pul, axşam stullar” - deyə, nəşr bildirib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 91

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031