Azərbaycanda bank bağlanır
(4-06-2022, 11:00)



Pakistan Milli Bankı Bakı filialını ləğv etmək qərarına gəlib. APA xəbər verir ki, bu barədə Bankın mərkəzi ofisindən bildirilib.

Məlumata görə, Bank Almatı və Düşənbədə yerləşən iki törəmə müəssisəsi ilə yanaşı, Bakı, Bişkek və Aşqabadda yerləşən üç filialın bağlanmasına da qərar verib. Bununla bağlı Pakistan Milli Bankının İdarə Heyəti Pakistanın Maliyyə Nazirliyi və Dövlət Bankından lazımi icazələrin alınması üçün müraciət edib.

Bundan əlavə, Əfqanıstan və Banqladeşdəki ölkə əməliyyatlarının müvafiq olaraq Kabil və Dəkkədə yerləşən hər ölkə üzrə yalnız bir filialla məhdudlaşdırılması qərara alınıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 108

Xəbər lenti