İsveç Ukraynaya yeni silah göndərişi elan edib - Paketə gəmi əleyhinə raketlər daxildir
(4-06-2022, 10:00)
İsveç Ukrayna üçün hərbi köməyin yeni paketini anons edib. Paketə gəmi əleyhinə raketlər, tank əleyhinə minaatanlar və snayper tüfəngləri daxildir.
Uyğun qərar barədə Maliyyə və Müdafiə naziliklərinin rəsmi hökumət portalındakı press-relizində elan olunub.
«İsveç silahlı qüvvələri məhdud vaxt müddətində müəyyən müdafiə avadanlıqları ehtiyatı yaratmaq imkanına malikdir. Hökumət Ukraynaya əlavə müdafiə avadanlıqları (gəmi əleyhinə raketlər, snayper tüfəngləri və onlar üçün döyüş sursatı) verməyi təklif edir» - press-relizdə deyilir.Elə həmin press-relizdə İsveç elan edib ki, 60 milyon İsveç kronunu (6 milyon dollar) NATO fonduna ianə edir - Ukrayna silahlı qüvələrini dəstəkləmək məqsədilə. Daha 100 milyon isə Ukraynada mülki sferanı dəstəkləmək üçün ayrılır.
Ana səhifəyə qayıt
Oxunub: 126
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər