"Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırıq" - Rusiya Prezidenti
(4-06-2022, 09:30)



Rusiya Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin Ukrayna taxılının Berdyansk limanı, o cümlədən Belarus vasitəsilə ixracının mümkünlüyünü açıqlayıb.

"Rusiya heç bir şərt qoymur və taxılın Ukrayna limanları vasitəsilə ixracının təhlükəsizliyinə zəmanət verir. Ukrayna taxılının ixracının ən asan yolu Belarusdan keçir, lakin buna görə Minskdən sanksiyalar götürülməlidir", - Rusiya lideri bildirib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 91

Xəbər lenti
12-11-2025 11:00