Mübariz Mənsimovun adamından “söyüş müxalifəti”nə “PUL YAĞIŞI”: “Erməni dəyirmanına ehtiyacımız var?” – VİDEO
(3-06-2022, 16:00)
“Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun “sağ əli” xaricdəki “söyüş müxalifəti” təmsilçilərinin başlarından pul səpir.
Uzun müddətdir, Türkiyədə məskunlaşan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun öz çevrəsinə talış separatizmini körükləyən müəyyən şəxsləri cəmləməsi və özünün hələ açığa çıxarmadığı siyasi ambisiyalarını həmin fiqurların vasitəsilə gerçəkləşdirmək niyyəti barədə son vaxtlar mediada xeyli material yayımlanıb.
“Palmali” sahibinin həmin materiallara reaksiya verməməsi, ətrafına topladığı şəxslərin ermənilər və onların dostları ilə yaxın münasibətlər qurmasına səs çıxarmaması onun haqqında yazılanların reallığa əsaslandığına şübhhə yeri qoymur. Mənsimovun güvəndiyi adamların kimliyini, onların hansı dairələrlə yaxınlıq etmələrini bilməməsi istisnadır.
O baxımdan, Mənsimovun bu fiqurları öz himayəsinə götürməsində təsadüf amili ola bilməz. Bütün bunlar iş adamının gələcək üçün cızdığı planların mühüm tərkib hissəsi kimi görünməkdədir. Həmin planlar isə çox təəssüf ki, dövlətin təməlinin sarsıdılması, Azərbaycanın parçalanması və milli nifaqın salınmasını ehtiva edir. Yəni Mənsimovun adamlarının pərdə arxasında həyata keçirdikləri, lakin məxfi saxlaya bilmədikləri fəaliyyətləri ilə tanışlıq fərqli qənaətə əl yeri qoymur.
Xatırladaq ki, Mənsimovun Azərbaycandan kənarda məskunlaşan radikal ovqatlı müxalifətçilər, o cümlədən, “söyüş müxalifəti”ndə yer alanlara və onlara himayədarlığını artıq bilməyən kimsə qalmayıb. İş adamının bu haqda da israrla susmağına baxmayaraq, çevrəsindəkilərin bu istiqamətdə göstərdikləri nümayişkar fəallıq diqqətdən yayınmır. Mənsimovun birbaşa göstərişlərini icra edən o adamlar artıq o dərəcədə sərbəstləşiblər ki, xaricdə yaşayan müxalifətçilərlə yaxın təmaslarının gizliliyini qorumağın qayğısına da qalmırlar.